BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, H.Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. H.Paşayevi bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edib.

 

Kamal Məmmədov

Tarix: 5 Oktyabr 2023, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin