BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn Abdullayevin anası ürəyindən əməliyyat olunub

“Hüseyn barədə məlumat vermək üçün ürək lazımdır ki, danışam. Hüseynin səhhətində çox ciddi problemlər var. Yanına gedirəm. Təzyiqi çox olur, problemləri yaranıb. Həbsxanada şərait olsa da, ora kimə lazımdır? Cənnət olsa da, həbsxana heç kimə nəsib olmasın. Artıq yorulmuşam, ürəyimin 93%-i tutulmuşdu, ürəyimi əməliyyat ediblər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib. 

 

“Taqətdən düşmüşəm. Birtəhər Hüseynin yanına gedib-gəlirəm. Balamı Allaha əmanət edib həbsxanada qoymuşam. Nə vaxt çıxar, necə çıxar... Yəqin ki, bir gün Allah öz qərarını verər, kimdən asılıdırsa, icraçılar da icra edər, Hüseyn həbsxanadan çıxar. Allaha sığınıb durmuşuq, qərar Allahındır...”, - bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 5 Oktyabr 2023, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin