BURADA REKLAMINIZ OLA
BİLƏR

Neft Şirkətinin "Marketinq və iqtisadi əməliyyatlar idarəsi" bu qədər cərimələnə bilər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və iqtisadi əməliyyatlar idarəsi"nə inzibati protokol yazılıb.

 

Pravda.az xəbər verir ki, Gömrük Komitəsi idarə barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 6 Oktyabr 2023, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin