BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadaları maşınla vuraraq öldürən sürücüyə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda avtomobillə piyadaları vuraraq öldürməkdə təqsirləndirilən Abbas Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 
Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: Hadisə bu il martın 12-si saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi magistralının Goranboyun Borsunlu kəndindən keçən 328-ci kilometrliyində dəhşətli hadisə baş verib. Belə ki, Abbasov Abbas Taryel oğlu idarə etdiyi “Mercedes E220D” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yolun sağ kənarında dayanmış “Mercedes CLS 63” markalı və “Toyota Rav-4” markalı avtomobillərin sol yan tərəfindən, daha sonra avtomobillərin yanında olan piyadalar - İsgəndərov Ayxan Qabil oğlu və Hüseynov Rəşad Rəşid oğlunu vurub. Nəticədə hər iki piyada ölüb.


 
Daha sonra Abbas Abbasov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Oktyabr 2023, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin