BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaq bağçasında qətl törədən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Kamran Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədli 10 il azadlıqdan məhrum edilib. 

 

İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K.Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib. 

 

K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

 

Kamal Məmmədov

Tarix: 6 Oktyabr 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin