BURADA REKLAMINIZ OLA
BİLƏR

“HƏMAS” İsrailə 3 mindən çox raket atıb, ölən və yaralıların sayı artıb

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.

 

İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.

 

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

 

Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.

 

Report

Tarix: 8 Oktyabr 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin