BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötüb, 9 mindən çox insan yaralanıb

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.

 

Bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.

 

Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.

 

Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.

 

Report

Tarix: 8 Oktyabr 2023, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin