BURADA REKLAMINIZ OLA
BİLƏR

Kitab evinin sahibini avtomobillə vuraraq öldürən şəxs apellyasiya şikayəti verdi

Bakıda avtomobillə "Bakumooz Kitab evi"nin rəhbəri Nürəddin Məmmədlini vuraraq öldürməkdə təqsirləndirilən Şamil Eyvazovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alıb.


 
Belə ki, Şamil Eyvazovun sərxoş vəziyyətdə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Daha sonra sürücü hadis yerindən qaçıb, avtomobil isə rayon ərazisində tapılıb.

 

Şamil Eyvazova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi idi. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.


 
O, ailəli idi.

 

Kamal Məmmədov

Tarix: 9 Oktyabr 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin