BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 10-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir. 

 

Kamal Məmmədov

Tarix: 9 Oktyabr 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin