BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərman qaçaqmalçılığında təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısında

Ali Məhkəmədə "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Xəqani Qədirov və onun qardaşı Vüqar Qədirovun barəsində 3 il sinaq müddəti təyin olunub və onlara şərti cəza verilib. Digər təqsirləndirilən şəxslər – İlqar İskəndərli və Cavid Hacızadənin barəsində 3 il 6 ay sınaq müddəti təyin olunmaqla, onlara şərti cəza verilib. 

 

Qeyd: "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsində təqsirləndiriliblər.

 

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 200-1.2.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

 

 

Tarix: 9 Oktyabr 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin