BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel şirkəti məhkəməyə verildi

"Mayak-mebel" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barədə protokolu İnzibati Xətalar Məcəlləsinin 505-ci (Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

 İş Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 9 Oktyabr 2023, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin