BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İlkin Pənahlının (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İlkin Pənahlının şikayətini təmin etməyib. İttihama görə, həbs edilənədək İlkin Pənahlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə onun əmlakını tələb edərək hədə-qorxu ilə tələb etmə cinayətini törədib.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin