BURADA REKLAMINIZ OLA
BİLƏR

İdman zalında onu təhqir edən ustanı döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zəlimxan Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

 
İttihama görə, hadisə 16 mart 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində “Elmar” marketin yaxınlığında yerləşən idman zalında qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəlimxan Quliyev podratçı nəzarətçi işlədiyi idman zalında əvvəl usta işləmiş zərərçəkmiş Qalib Məmmədovun (şərti) apardığı təmirlə bağlı ona edilmiş ödənişin az olması və əlavə zəhmət haqqı tələb etməsi səbəbindən mübahisə düşüb. Bu zaman zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edib. Nəticədə Zəlimxan əvvəlcə ayaqla Qalibin ayağına, sonra isə əlindəki plasmas örtüyün ölçü alətini onun başına qəsdən vuraraq, zərərçəkmişə yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib. Məhkəmə baxışında Zəlimxan Quliyev ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, sözügedən ərazidəki idman zalında podratçı nəzarətçi işləyir. Belə ki, həmin obyektin sahibi Sakit müəllim (şərti) onu həmin obyektə nəzarətçi kimi təyin edib. Həmin obyektdə usta işləyən Qalib hadisədən son 3 gün idi ki, işə gecikmiş və işini gün ərzində tam görməyib çıxıb gedib. Qalib ustaya işlə bağlı ümumilikdə 1260 manat pul ödəsə də, zərərçəkmiş həmin pulun müqabilində ümumilikdə 400 manat həcmində iş görüb. Bu səbəbdən də Qalibi 16 mart 2023-cü il tarixdə iş yerinə dəvət edib, onun gördüyü işin həcmini və miqdarını hesablamağa başlayıb. Həmin vaxtı idman zalında zərərçəkmiş onu təhqir etməyə başlayıb. Bu səbəbdən də aralarında sözlə mübahisə düşüb. Belə olduqda Zəlimxan təpiklə onun qoluna vurub.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2023, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin