BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəlnini xüsusi amansızlıqla öldürən qayınata yenidən məhkəmə qarşısında

Daşkəsəndə gəlnini qətlə yetirməkdə təqsirləndirilən Məhəmmədəli Mustafayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 12-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


 
Qeyd: Hadisə Daşkəsən rayonunun Bayan kəndi ərazisində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayev gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri qətlə yetirib. Məhəmmədəli Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin