BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir ailənin məhv olduğu qəzanı törədən sürücü məhkəmə qarşısında

Bakı şəhər Xəzər rayonunda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il mayın 28-i saat 21:00 radələrində 1980-ci ildə Naxçıvan MR-də anadan olmuş Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin