BURADA REKLAMINIZ OLA
BİLƏR

Broyler şirkəti bu qədər cərimələnə bilər

"Beyləqan-broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayevin icraatındadır. Məhkəmə iclası oktyabrın 23-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 11 Oktyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin