BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə torpağını özbaşına tutan şəxsə elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə torpaqları özbaşına tutmaqda təqsirləndirilən Hüseynalı Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


 
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.


 
Şəmkir Rayon Məhkəməsini hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İttihama görə, 1983-cü il təvəllüdlü Hüseynalı Bayramov qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutub və həmin torpaq sahəsini özbaşına hasarlamaqla üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törədib. Belə ki, o, 2020-ci ilin yay aylarında Şəmkir rayonu, Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətində olan həmin kənddə yerləşən 0,0837 hektar örüş, həmçinin 0,00626 və 0,0076 hektar kənd təsərrüfatı təyinatlı torpaqları qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutub. Hüseynalı Bayramov bununla yanaşı, həmin torpaq sahəsini dəmir materialından olan şiferlə özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozub. Onun barəsində Cinayət Məcəlləsinin 188.3-cü (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 11 Oktyabr 2023, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin