BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsin məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir. 

 

Kamal Məmmədov

Tarix: 11 Oktyabr 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin