BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 83 minlik dələduzluq edən şəxsin işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən V.V.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət qaldırıb.

 

O, cinayət işinin materialları ilə tanış olmadıqlarını deyib. Bildirib ki, cinayət işinin materiallarının tanış üçün faktiki olaraq onlara təqdim edilməyib, həmçinin iş üzrə ittiham aktının surətləri onlara verilməyib. Müdafiəçi tərəf yol verilmiş pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna qaytarılıb. V.V. barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. İttihama görə, paytaxt sakini, 1984-cü il təvəllüdlü V.N. aldatma və etibardan sui-istifadə etmək yolu ilə 2018-ci ilin avqust-dekabr aylarında paytaxtın Yasamal rayonu ərazisində özgənin - zərərçəkmiş Q.Q-nin 83 300 manat məbləğində pulunu qəsdlə alıb ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 11 Oktyabr 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin