BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobillə moped toqquşdu, sürücülərdən birinə hökm oxundu

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən E.Askarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə 2022-ci ildə paytaxtın Xəzər rayonu, Türkan dairəvi hissəsində qeydə alınıb. Belə ki, E.Askarov idarə etdiyi avtomobillə Pirallahı rayon istiqamətində hərəkətdə olarkən zərərçəkmiş Ş.Caniyevin idarə etdiyi “Kuba” markalı moped ilə ehtiyatsızlıqdan toqquşub. Nəticədə mopedin sürücüsü ağır bədən xəsarətləri alıb. Daha sonra E.Askarov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Oktyabr 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin