BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artisti: "O həkimdən çıxıb, bu həkimə gedirəm, heç bir nəticə yoxdur..."

“Ayağımla bağlı bütün gün həkimlərdəyəm. O həkimdən çıxıb, bu həkimə gedirəm. Gah fizioterapiya, gah iynə terapiyası... Hələ ki canımla əlləşirəm. Nə bilim. Heç bir nəticə yoxdur...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.

 

“Biri deyir ki, yaxşı olacaq, o biri deyir, əməliyyat lazımdır. Hərəsi bir söz deyir. Müalicə etdirirəm, görək axırı nə olacaq...”, - o bildirib. 

 

Xatırlatma: 10 il əvvəl yıxılaraq ayağından xəsarət alan Xalq artisti gec müalicə etdirdiyi üçün dizində ciddi fəsad yaranıb.

 

Aytəkin Qardaşova 

Tarix: 11 Oktyabr 2023, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin