Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən APA-ya verilən birgə məlumatda qeyd olunur ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.
Vüsal Əliyev cari ilin mart ayının 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.
Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılmış, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin