BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülnar Orucova: “Psixloqa 500 manatı bir dəfəyə verənlər olur, amma başqa məqsədlə...”

“Bizim mərkəzdə bir mütəxəssis var idi. Qəbulunu 30 manata qoymuşdu. Ona pasiyentlər tapırdıq. Bioenerji ilə işləyirdi. “Çakradan onu çıxartdım”, ay nə bilim, “çakranı filan etdim...” Qəbulunda adam sayı bir az artan kimi dedi ki, özümə məşhur plazaların birində yer götürüb tək işləyəcəyəm. İndi plazaya getməyinə gedib, amma pasiyenti yoxdur. Olmadığını necə bildirir? Pasiyenti olan insan heç vaxt “WhatsApp”da paylaşmır ki, “bu gün qəbulum doldu, başqa günə yazın”. Adətən çoxumuz asistantla işləyirik, asistantlar bu məsələni idarə edir, pasiyenti bizə yönəldirlər. “Bu günə xəstə qəbulu doldu”, “kimləri bu günə qəbula yazmışdım, zəhmət olmasa, mənə xatırlatma etsin”, “gələn həftənin qəbuluna başlayıram...” Gör nə qədər bekar olmalısan ki, gələn həftənin qəbuluna başlayasan. Qəbulu yüksək qiymət qiymətə qoymaq olar, amma bir məsələ var: o qəbula gələn olacaqmı? Bu, sual işarəsi altındadır”.

 

Bu sözləri Pravda.az-a tanınmış psixoloq Gülnar Orucova Azərbaycanda psixoloq qəbullarının baha olması barədə narazılıqlara münasibət bildirərkən deyib. 

 

Psixoloq düşünür ki, qəbulu yüksək qiymət qoymaq üçün birinci kifayət qədər balans toplamaq lazımdır: “Mənim qəbulum əvvəl 25 manat idi, sonra yavaş-yavaş bahalaşdı. Hələ indi qəbulumun qiyməti 100 manatda dayanıb. 100 manatdan yuxarı qaldırmıram. 100 manat böyüklər üçün nəzərdə tutulub. Köhnə pasiyentlərim 50 manat gəlirdilər, indi də onları 50 manata qəbul edirəm. Qəbulu çox yüksək qiymətə qoymaq da olmaz”. 

 

G.Orucova Azərbaycanda minimum əməkhaqqını da xatırladıb: “Minimum əməkhaqqı 345 manatdır. İşçilərə 110 manat sosial sığorta haqqı ödənilir. Buna görə də bəzi şirkətlər, xüsusilə psixologiya sahəsində xidmət göstərən şirkətlər məcburdurlar ki, çalışanları rəsmi işçi kimi təqdim edələr. Bu zaman isə çoxuna minimum əməkhaqqı yazırıq. Burada bir məsələ ortaya çıxır - Azərbaycanda çox insan, məsələn, resepşnlar, təhsil sahəsində işləyən mütəxəssislər, tələbələr 345 manat əməkhaqqı alırlar. Azərbaycanda bu gün psixoloqa 500 manat verən kütlə yoxdur. Məni də ən bahalı psixoloqlar sırasında yazmışdılar. İlk 10-luqda yer almışdım. Hələ onda qəbulumun qiymətinə 45 manat yazmışdılar, halbuki qiymət 100 idi, 45 manat yox. 500 manat isə bir psixoloq qəbulu üçün hədsiz çoxdur. İnsan o psixoloqun qəbuluna gedər, amma bir dəfə... Bəzən qəbula sırf bir dəfə gəlməklə düzəlmək istəyənlər, bəzən isə bir dəfəyə başqa məqsədlə gələn insanlar da olur. Bu da var...” 

 

Aytəkin Qardaşova 

Tarix: 11 Oktyabr 2023, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin