BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şirkət məhkəməyə verildi

"Qala group" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 12 Oktyabr 2023, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin