BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda yük qatarı relsdən çıxıb, Tbilisi istiqamətində hərəkət dayanıb

Ermənistanda gecə saatlarında yük qatarı relsdən çıxıb.

 

Bu barədə "Cənubi Qafqaz Dəmir Yolları" QSC məlumat yayıb.

 

36 vaqondan ibarət qatar sement istehsalı üçün xammal aparıb. Hadisə zamanı qatar və dəmir yolu relsləri zədələnib.

 

Təcili bərpa işlərinin iki gün ərzində başa çatdırılması planlaşdırılır.

 

İrəvan yaxınlığındakı Dalarik-Karakert dəmir yolu hissəsi ilə nəqliyyatın hərəkəti dayandırılıb, Gümrü və Tbilisi istiqamətində hərəkət ləğv edilib./APA

Tarix: 12 Oktyabr 2023, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin