BURADA REKLAMINIZ OLA
BİLƏR

İran XİN başçısının təyyarəsi Suriyaya eniş edə bilməyib, Tehrana geri qayıdıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın göyərtəsində olduğu təyyarə İsrailin Dəməşq və Hələb şəhərlərinin hava limanlarını bombalaması səbəbindən Suriyaya eniş edə bilməyib.

 

Bu barədə “Sputnik Arabic” məlumat yayıb.

 

Məlumata görə, onun İraqa səfərinin ardınca Suriyada görüşlər keçirməsi planlaşdırılmışdı. Oradan isə Livan və Suriyaya səfəri nəzərdə tutulurdu.

 

Nazirin təyyarəsinin Tehrana qayıtdığı ehtimal olunur.

 

Report

Tarix: 12 Oktyabr 2023, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin