BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 100 mindən çox pulunu mənimsəyən şəxsin cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Emin Şahkərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.

 

Qeyd: Emin Şahkərimov "A+CO" MMC-nin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin 100335 manat pulunu mənimsəyib. Daha sonra Emin Şahkərimov MMC rəhbərliyinin şikayəti əsasında saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin