BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusuna kəllə atdı, ağır cəza aldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada Səttar Ələkbərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 20 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində qeydə alınıb. Belə ki, Səttar Ələkbərov əvvəldən tanıdığı, qonşuluğunda yaşayan zərərçəkmiş Fərid Məmmədovla (şərti) şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Bu zamanı qonşusu ona qarşı nalayiq ifadələr işlədib. Nəticədə Səttar baş və yumruğu ilə Fəridin baş və sifət nahiyyəsinə çoxsaylı zərbələr endirərək ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin