BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi dayanacaqda keçmiş arvadını döydü - CƏZA

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Saqif Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkəcək.

 

İttihama görə, hadisə 25 avqust 2023-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Saqif Əsədov sərxoş vəziyyətdə dayanacağın yaxınlığında əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, sonradan ayrıldığı zərərçəkmiş Mələk Məmmədova (şərti) ilə təsadüfən qarşılaşıb. O, qadına yaxınlaşaraq söhbət əsnasında onunla yenidən birlikdə yaşamaq istədiyini söyləyib. Lakin Mələk buna razı olmadığını bildirib. Bu zaman Saqif qadının üzərinə hücum edib, əvvəlcə qəsdən onun sifət, baş nahiyələrindən yumruqla zərbələr vurub, sonra əlləri ilə arxaya itələyib. Daha sonra Mələk arxada olan dəmir maneəyə bərk çırpılıb. Təqsirləndirilən şəxs bununla kifayətlənməyib ardınca ayaq, bədən nahiyələrindən təpiklə ona zərbələr endirib.

 

Daha sonra Saqif Əsədov qadının şikayəti əsasında saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin