BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərasim evinin yaxınlığında tanışına 7 bıçaq vuran şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada A.İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 4 ilə endirilib.

 

İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə, saat 19:40 radələrində paytaxt ərazisində yerləşən “Gəncə” mərasim evinin yaxınlığında qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü A.İsmayılovla tanışı, zərərçəkmiş C.Həsənov arasında pul borcunu vaxtında qaytara bilməməsi səbəbindən mübahisə düşüb. Həmin vaxt zərərçəkən tərəfindən təqsirləndirilən şəxsin mobil telefonuna təhqiredici ifadələr göndərilib. Nəticədə A.İsmayılov üzərində olan bıçaqla C.Həsənovun bədəninin müxtəlif nahiyələrindən 7 dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin