BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını, onun anasını və qardaşını bıçaqlayan şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində Yevlaxda arvadını, qayınanasını və onun qardaşını bıçaqlamaqda təqsirləndirilən Səbuhi Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.


 
Qeyd: Hadisə bu il martın 11-i saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsi 48 saylı evdə qeydə alınıb. Belə ki, Həsənov Səbuhi Zahid oğlu arvadı Həsənova Nazənin Arzu qızı ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Bu zamanı o, orada olan qadının qardaşı Ümid Bağırovu bıçaqla qarın nahiyəsindən vurub. Bundan başqa, Səbuhi Həsənov Həsənova Nazənin Arzu qızına, onun anası Bağırova Vüsalə Sabir qızına isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakta görə Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi  ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin