BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərini boyunbağı ilə boğaraq öldürən qadın yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən İnessa İsmayılovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilir.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və ifadələ alınıb.

 

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.


Qeyd: 2021-ci il mayın 9-da paytaxtın Səbail rayonunda Rusiya vətəndaşı İnessa Vladimirovna İsmayılova, həyat yoldaşı 1952-ci il təvəllüdlü Rəşid Axundovu boğaraq qətlə yetirib. Belə ki, qadın evdə ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb. İnnesa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin