BURADA REKLAMINIZ OLA
BİLƏR

Xızı Rayon Mərkəzi Xəstəxanası ilə “Azəriqaz"ın məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində Xızı Rayon Mərkəzi Xəstəxanasının “Azəriqaz" İB-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

 

Qeyd: Xızı Rayon Mərkəzi Xəstəxanası “Azəriqaz" İB-ni məhkəməyə verərək istehlak edilmiş təbii qazın haqqının ödənilməsi üzrə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin