BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərsu" ASC məhkəməlik oldu

Bakı Kommersiya Məhkəməsində "Zəmanət" firmasının “Azərsu" ASC-yə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin iddiaları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

 

Qeyd: "Zəmanət" firması “Azərsu" ASC-ni məhkəməyə verərək mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin