BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə taksi sürücüsünə basqın edərək içində qızıl üzüklər olan çantanı tələb edən gənclərlə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində Ucarda quldurluq etməkdə təqsirləndirilən Əhmədov Elxan Yalçın oğlu, Məcidov Əbdürrəhim İlqar oğlu və İbrahimov Əli Saday oğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əhmədovla Əli İbrahimov 8 il və Əbdürrəhim Məcidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.


 
Qeyd: Hadisə ötən ilin dekabrında Ucar şəhərinin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər. Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar. İstitnaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib.


 
Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 13 Oktyabr 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin