Ötən əsrin sonlarında mürəkkəb tarixi dövr yaşayan Azərbaycan artıq sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçib və bu gün sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb. Regionların inkişafı da məhz ölkədə davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərimizin ümumi ölkədaxili iqtisadiyyata reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanları deməyə əsas verir ki, bütün bunlar Azərbaycanın inkişafına böyük təkan verəcək. Növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair reallaşdırılması nəzərdə tutulan milli prioritetlər müəyyənləşdirilib. Uzunmüddətli dövrdə sağlam və tarazlı iqtisadi artım Azərbaycanın davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsinin, bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsi də bu prioriteti effektiv həyata keçirilmək məqsədi daşıyır. Regionların sürətli inkişafı insanlarımızın keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı deməkdir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov deyib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı Prezident İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən başlayır.

“Həmin vaxtdan etibarən dövlət proqramları qəbul olunub. Rayonlarda aparılan tikinti, quruculuq, abadlıq işləri regionların sosial-iqtisadı inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilir. Görürük ki, bütün rayonlarımızda, bölgələrimizdə 20-25 il öncəki dövrlə müqayisədə ciddi abadlaşma var. Əvvəl qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramı işğaldan azad edilmiş ərazilərimizə aid deyildi. Artıq Qarabağda yenidənqurma işləri aparılır, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı işğaldan azad edilmiş ərazilərimizdə də öz təsdiqini tapır. Eyni zamanda qayıdışa dair dövlət proqramı da qəbul olunub. Qarabağda tikinti, abadlıq, yenidənqurma işləri qayıdışa dair dövlət proqramı çərçivəsində daha da sürətlə həyata keçirilir. Allahın izni ilə, qəbul edilən dövlət proqramları çərçivəsində Qarabağda da sosial-iqtisadi inkişaf öz bəhrəsini verəcək”.
Ekspert Əkrəm Həsənov isə məsələnin hüquqi tərəflərinə diqqət çəkərək deyib ki, paytaxtın və ya regionların iqtisadi inkişafının təşviqi üçün ölkədə qanunçuluq əsas şərtdir:

“Əks təqdirdə, heç kim pul yatırıb fəaliyyət göstərmək istəmir. Çünki belə halda sahibkarlarda əminlik hissi olmur. Buna görə də birinci növbədə duran məsələ budur ki, ölkənin məhkəmə-hüquq sistemində dəyişikliklər edilməli, islahatlar getməlidir. Təəssüf ki, hələ reallıqda bunu görmürük. İkincisi, iqtisadi inkişafın olması üçün ölkənin mülki və kommersiya qanunvericiliyi, koorporativ, səhmdar cəmiyyətləri hüququ adekvat olmalı, müasir tələblərə cavab verməlidir. Azərbaycanda isə bu qanunvericilik bərbaddır. Düzdür, layihə var, mən də o layihənin müəlliflərindən biriyəm. 2016-cı ildə hökumətə layihəni təqdim etmişik. Əvvəlki Vergilər Nazirliyinin tərkibindəki işçi qrupuna mən də cəlb olunmuşdum. Gərək, səhmdar hüququ olsun ki, sahibkarlar yeni qanunvericiliyə uyğun fəaliyyət göstərsinlər, əminlik hissi ilə pul yatırsınlar. Üçüncüsü, daşınmaz əmlakın dövlət reystri şəffaf olmalıdır. Regionlar ilk növbədə daşınmaz əmlak - torpaq deməkdir. Hamı bilməlidir ki, kimin nə torpağı var. Müqavilə bağlayanda vətəndaş bilməlidir. Lakin hazırda bu məsələ də problemlidir. Kimin torpağının kimdə hansı hüquqla olduğu bilinmir. Əmr bağlamaq olmur. Bu məsələ əksər sivil ölkələrdə şəffafdır. İnternetdə baxanda görürsən ki, hansı ərazi, bina kimindir, orada nə tikinti işi aparılır... Bütün bunlar olmadan regionlar inkişaf edə bilməz. Son olaraq yol məsələsinə də diqqət çəkmək istəyirəm. Regionların bir-biri ilə əlaqəsi yoxdur. Məsələn, Şəkidən Qubaya gedə bilərsiniz? Yox. Bunun üçün Bakıdan gəlib getməlisiniz. Regionlararası əlaqə, infrastruktur yoxdur. Hamımız gərək Bakıdan keçib gedək. Sonra da deyirik ki, niyə Bakı inkişaf edib, regionlar yox. Axı hər şey Bakıdan asılı olmamalıdır. Regionlar da bir-biri ilə əlaqə qurmalıdır, yol yoxdursa, bu, necə mümkündür?”
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, regionlar üçün iqtisadiyyatdankənar xüsusi subsidiya proqramlarının, paketlərin olması yanlış yanaşmadır:

“Azərbaycanda büdcə hələ də neft sektorundan, Neft Fondundan ciddi asılıdır, qeyri-neft sektoru hələ ki zəif inkişaf edib. Neft Fondundan götürülən pullar olmasa, hökumət əməkhaqqını, sosial ödənişləri edə bilməyəcək. Ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı məsələlər ortaya qoyulmalıdır. Məsələnin Bakının, yaxud Kürdəmirin hansısa kəndinə aidiyyatı yoxdur. Azərbaycanın ərazisi 86 min kvadrat kilometrdir. Bu rəqəm Amerikada hansısa ştatdan, Rusiyadakı vilayətdən balacadır, yaxud Türkiyənin hansısa vilayəti boydadır. O qədər böyük ərazimiz, yaxud əhalimiz yoxdur ki, regionların hamısının inkişafının mütləq lazım olduğunu düşünək. Bu, yanlış fikirdir. Birincisi, ölkənin iqtisadi inkişafına nail olmaq lazımdır. Qeyri-neft sektorunda ciddi problemlər var. Hökumətin əsas məqsədi bu olmalıdır. Ölkənin iqtisadi potensialının 80%-dən, ixracatın isə 90%-dən çoxu Bakı və Abşeron yarımadasındakı sənaye sahələri ilə əlaqədardır. Biznes bu ərazilərə ona görə toplaşır ki, burada nisbətən bazar var. Sahibkar məhsulunu sata, müştəri xidmətini təşkil edə, özünə kadr tapa bilir. Əsas narahatlığım qeyri-neft sektoru ilə bağlıdır. Prioritet və problem bu olmalıdır, hansısa rayonun iqtisadi inkişafı kimi məsələlər yox. Hökumət yol çəkilməsi, infrastrukur və s. kimi məsələlərlə büdcədən ayrılan vəsaitlər hesabına məşğul ola bilər. “Niyə İsmayıllıdan olan adam mütləq İsmayıllıda işləməlidir?” kimi məsələlər olmalı deyil. Şəhərlər həmişə dəniz və limanlarda, yəni ticarətin olduğu yerlərdə yaranıb. Bunu süni şəkildə başqa-başqa yerlərdə etməli deyilik. Bunun yolu da yoxdur. Məsələn, İsmayıllıda marketinq xidməti quran adamın müştərisi Bakıdadırsa, Bakıdan İsmayıllıya heç kim getməyəcək. Çünki bu, əlavə xərc, narahatlıq deməkdir. Hökumətin bunu süni şəkildə subsidiyalaşdırması büdcədən ciddi itkilərə gətirib çıxara bilər”.
X.Kərimli vurğulayıb ki, bir sıra problemlər ölkəyə xarici investisiyaların cəlbinə maneə törədir: “Gərginlik, sülhün tam bərpa olunmaması kimi problemlər var. Qafqazda ciddi gərginlik qalmaqdadır. İnvestisiya qoyanlar fikirləşirlər ki, 10 il sonra pulumu geri gətirəndə nə olacaq? Hələ bilmirik ki, bir müddət sonra yenidən müharibə baş verə bilər, ya yox. Yəni gərginliyin aşağı səviyyədə olması, müəyyənliyin, əminliyin artması vacibdir. Əsas məsələlərdən biri də rəqabət mühitinin yaxşılaşdırılmasıdır ki, rəqabət mühiti biznes təşəbbüslərini boğmasın. Sahibkarda “bu biznes filankəsindir, rəqabət yaratsam, biznesim məhv olacaq” kimi qorxular olmamlıdır. Eyni zamanda hansısa inhisarçı subyektin öz vəziyyətindən istifadə edib kiçik oyunçuları boğmaq lüksü də olmalı deyil. Rəqabət Məcəlləsi yaxşı işləməli, rəqabət mühiti təkmilləşməlidir. İxtisaslı kadrlar məsələsi də təhsil sahəsinin problemidir. Biznesin inkişafı üçün kadr problemi də qalmaqdadır. Bu isə uzunmüddətli prosesdir. Müasir dövrün tələblərinə uyğun ixstisaslı kadrların yenilənməsi lazımdır. Maliyyə çıxışı məsələsi də var. Sahibkarlar pul cəlb edə bilmir, çətinlik çəkirlər. Bu sahədə maliyyə institularının, bankların daha da inkişaf etdirilməsinə ehtiyac var”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin