BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mavi”, “Levis”, “Colins”, "Greyder” brendlərinin daxil olduğu şirkət cərimələnə bilər

"Setex group" Məhdud Məsuliyyətli Cəmiyyətinə daha bir inzibat protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol yazıb.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Məhkəmə iclası oktyabrın 26-da keçiriləcək.

 

Qeyd: “Mavi”, “Levis”, “Colins”, "Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand” kimi  markalar “Setex Group” tərəfindən təqdim edilir.

 

Xəyal Quliyev

Tarix: 14 Oktyabr 2023, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin