Reklam

Baş infeksionist: "Azərbaycanda koronavirusa yoluxma və ölüm halları yenidən arta bilər" - VİDEO

Bu gündən etibarən karantin rejimi qismən yumşaldılır.

 

Pravda.az-ın məlumatına görə, gözəllik salonları açılır, bir sıra ticarət və xidmət sahələri işə düşür. Bir çox məhdudiyyətlər isə mayın sonuna qədər davam edəcək.

 

Müşahidlər isə göstərir ki, karantin rejiminin yumşaldılmanın ilk günündə insanlar körpə, qoca, yaşlı demədən şəhərin küçələrində maskasız və əlcəksiz gəzirlər.

 

Respublikanın baş infeksionisti Cəlal İsayev bildirir ki, pandemiya davam etdiyindən insanlar mümkün qədər evlərini tərk etməməli, təmasdan qaçmalı, qapalı məkanlarda tibbi maskadan istifadə etməlidirlər.

 

Onun sözlərinə görə, dövlət COVID-19 un geniş yayılmaması istiqamətində zəruri tədbirləri bu günədək həyata keçirib. Hazırda hər bir məsuliyyət insanların üzərindədir. Odur ki, qadağa və tövsiyələrə əməl edilməsə ölkəmizdə yoluxma və ölüm halları yenidən arta bilər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Tarix: 5 May 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin