Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qələbədən sonra "Allah, Məhəmməd, Ya Əli" qışqıran "GLORY"-nin azərbaycanlı ulduzu kimdir?

Ötən ay "Glory 87”-də peşəkarlar arasında keçirilən döyüşdə Bəhram Rəcəbzadə qalib olub.

 

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı Bəhram Rəcəbzadə 91 kq-dan yuxarı çəkidə qarşılaşdığı rəqibi Uku Jurjednalı məğlub edərək, inamlı qələbə qazanıb.

 

Qazandığı qələbə ilə Bəhram Rəcəbzadə "GLORY” təşkilatının mütləq çəkidə möhtəşəm 8-lik turnirinə vəsiqəni təmin edərək, bu nüfuzlu yarıda iştiraka haqq qazanıb.

 

Qeyd edək ki, Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991, Urmiya) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusudur. Bəhram Rəcəbzadə 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub.


Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionudur. O, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu, Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibidir. 2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana dəvət olunub və hazırda Azərbaycanı təmsil edir

 

Profisional 65 döyüşdən 64 qələbəsi vardır. 2016-cı ildə ailə həyatı qurub, həyat yoldaşı da idmançıdır./Azxeber

Tarix: 15 Oktyabr 2023, 10:54   
Xəbər lenti
Çox oxunanlar