Reklam

"Dinə görə kəlimeyi-şəhadət gətirmək günahdır"

Müsəlmanlığın əsas şərti sayılan kəlimeyi-şəhadətdə deyilir: "Əşhədü ən la ilahə illəllah, yəni, "Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur". Sən Allahdan başqa allahın yoxluğuna şahid olduğunu söyləyirsən. Çox maraqlıdır: Allahdan başqa allahın olmadığına necə şahid olmaq olar? Hətta Kainat yaranan andan (əgər həmin an olubsa) üzübəri baş verən hər şeyin ancaq bir Allah tərəfindən törədildiyini şəxsən müşahidə etmiş olsan belə ("müşahidə" və "şahid" eyni kökdən - ş,h,d,- olan sözlərdirlər) bu, Allahdan başqa Allahın yoxluğuna şahid olmağın demək deyil. Bəlkə başqa bir Kainat var və orada başqa Allah hakimdir? Ümumiyyətlə, qlobal mənada nəyinsə yoxluğuna şahid olmaq nonsensdir. Məsələn, bir dənə dəvə görsən, "Mən şahidəm ki, Azərbaycanda dəvə var" deyə bilərsən və bu, doğru olacaq. Amma hətta axtarıb, pinqvin tapmasan belə, heç bir halda "Mən şahidəm ki, Azərbaycanda pinqvin yoxdur" deyə bilməzsən. Nə bilirsən, yoxdur? Yoxluğa şəhadət vermək çox məntiqsizdir. Əgər Allahdan başqa Allahın yoxluğuna ŞAHİD OLDUĞUNU söyləyirsənsə, bu, yalançı şahidlikdir. Çünki heç kim heç vaxt belə bir şeyə şəxsən şahid olmayıb, ola da bilməz. Ən maraqlısı isə bundan sonra başlayır: Dinə görə, yalançı şahidlik günahdır!!! Belə çıxır ki, dinə görə kəlimeyi-şəhadət gətirmək günahdır.


Vüsal Məmmədov

Jurnalist

Tarix: 5 May 2020, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin