BURADA REKLAMINIZ OLA
BİLƏR

Səbuhi Rəcəb yenidən məhkəmə qarşısında

Azərbaycan Kikboksinq Federasiyasının dələduzlquda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: S.Rəcəb 3 nəfərə qarşı 240 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

 

Kamal Məmmədov

Tarix: 16 Oktyabr 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin