BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Sadıqov DİN-ə şikayət etdi: "Avtomobillərə dövlət qeydiyyat nişanının verilməsi prosesi şəffaf olmalıdır"

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Elçin Sadıqov vətəndaşın əlavə ödənişlər olmadan avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyi ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib.

 

Vəkil Pravda.az-a açıqlamasında deyib ki, onun şikayəti ilə bağlı DİN-dən hələ də bir cavab yoxdur. 

 

E.Sadıqov dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı onlayn sistemə keçilməsi təklifini belə dəyərləndirib: “Hər şey şəffaf olmalıdır. Dövlət qeydiyyat nişanları barədə insanlar əvvəlcədən məlumatlı olmalıdırlar və nişanı almaq imkanları olmalıdır ki, bu sahədə korrupsiyaya xitam verilsin. Təklifə müsbət yanaşıram”.

 

Aytəkin Qardaşova 

Tarix: 16 Oktyabr 2023, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin