BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorxmaz Əlilicanzadə: "Prezident İlham Əliyev “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” dedisə, inanmalıyıq..."

“65 yaşım qələbə ilə qeyd olundu. Həyatımın ən şad günüdür. Xoşbəxt insan oldum ki, ad günümdə bayrağımız Xankəndidə ucaldıldı. Bunu möhtərəm Prezidentimiz etdi. Böyük bir qələbənin nöqtəsini qoydu. Vaxt var idi, camaat çox gileylənirdi ki, “nə oldu, Xankəndiyə girmədik, bu, tam qələbə deyil...” Onlardan biri də mən idim. Təqsirimi boynuma alıram. Amma zaman keçdikcə başa düşdüm ki, Prezident bilir nə edir. O insan “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” dedisə, buna inanmalıyıq. Mən şəxsən inandım. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizin ruhunu şad etsin”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə deyib. 

 

“Bu gün nəinki Qarabağ yolunda, Azərbaycan yolunda, əsrlər boyu torpaqlarımız uğrunda vuruşan neçə-neçə şəhidlərimiz var. 200 illik əsarətdən çıxdıq - erməni əsarətindən. Rusun əsarətindən çıxmışdıq, amma erməni çiban kmi bədənimizə girmişdi. Ali Baş Komandanımız başda olmaqla zabitlərimiz, əsgərlərimiz bu çibanı təmizlədilər. Qardaş Türkiyə, İsrail, Pakistan da bizi tək qoymadı. Möhtərəm Prezidentimiz bu qələbəni xalqına yaşatdı. Özümü xoşbəxt sanıram. Həmişə prezident seçkiləri günü oktyabrın 15-də olurdu, mənim ad günümə düşürdü. Bu il cənab Prezidentimizin idarəçiliyinin 20 illik yubileyidir. Cənab İlham Əliyev bu illər ərzində çox böyük işlər görüb. Mən bir vətəndaş, ziyalı, Azərbaycanın ilk şoumeni, ixtiraçı alim, aktyor kimi fəxr hissi duyuram. Xalqımızı təbrik edirəm. O gün olsun, Prezidentimizin bütün arzuları yerinə yetsin. İrəvana da gedəcəyik, böyük Azərbaycan olacağıq”, - o deyib.

 

Q.Əlilicanzadə İsraildə HƏMAS-ın hücumu nəticəsində həlak olan günahsız insanların ruhunu ürək ağrısı ilə yad edib: “Böyük itkidir. Torpaqlarımızda yaşayan yəhudilər bizimlə birgə qan töküblər. Milli Qəhrəmanımız Albert Aqarunovun ruhu şad olsun. O da Azərbaycan torpaqlarının bu günü üçün vuruşub. Biz tolerant, çoxmillətli xalqıq, torpağımızda hər bir millətin yaxşı nümayəndəsinin yaşamağa haqqı var. Biz monoetnik deyilik. Böyük ürəyə malik olan xalqıq. Allah ürəyimizcə verdi. Hər kəsə cansağlığı arzulayıram, Prezidentimizi, Ordumuzu, xalqımızı təbrik edirəm!”

 

Aytəkin Qardaşova 

Tarix: 16 Oktyabr 2023, 16:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin