BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.

 

Müşavirədə müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və “Rosqvardiya”nın rəisi Viktor Zolotov iştirak ediblər.

 

Putin müşavirədə İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə etməyi təklif edib.

 

O, Yaxın Şərqdən olan həmkarları ilə bir sıra danışıqlar apardığını söyləyib.

 

Rusiya Prezidenti deyib ki, İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı qurumların mövqeyi onun üçün vacibdir, çünki orada çoxlu Rusiya vətəndaşları var.

 

Putin eyni zamanda, Şoyqudan Ukraynada müharibə zonasında hazırda baş verənlər barədə məlumat verməsini istəyib./APA

Tarix: 16 Oktyabr 2023, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin