BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi psixoloq: "İnanmıram ki, Xaçatryan etdiyi cinayətlərə görə peşman olsun..."

“Sözsüz ki, Xaçatryan peşmandır, amma nəticəyə görə... Düşünür ki, vaxtında özünü düzgün aparsaydı, indi həbsdə olmazdı, məhkəməyə çıxarmazdılar. Bu təsir altında onda göz yaşı yaranır, özünə yazığı gəlir. İnanmıram ki, o, etdiyi cinayətlərə görə peşman olsun”.

 

Bu sözləri Pravda.az-a tanınmış hərbi psixoloq Azad İsazadə Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunan Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə zalında ağlamasının müzakirə yaratmasından danışarkən deyib.

 

“Xaçatryan məndən bir-iki yaş böyükdür. Xocalıdakı hadisələri törədəndə onun 30 yaşı var idisə, indi 60-dan yuxarı yaşı var. O vaxt törətdiyi işlərə görə hazırda həbs olunub. Aydındır ki, praktiki ömrünün axırına qədər həbsdə olacaq, cəzasını alacaq. Hansısa uydurma fikirlərə vaxtilə inanıb və bu vəziyyətə düşdüyünə görə peşmandır. Onun göz yaşı barədə deyəcəklərimin düzgün başa düşülməsini istəyirəm. Bu yaşda insanlarda hadisələrə reaksiya fərqli olur, bəzən kövrək oluruq. Vaxtilə reaksiya vermədiyimiz hadisələrə görə sonradan ağlayırıq. Amma o demək deyil ki, peşmanıq. Bu, sadəcə, adi reaksiyadır”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 Oktyabr 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin