BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Çinə səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib.

 

Bu barədə TASS məlumat yayıb.

 

İki günlük səfər zamanı Rusiya Prezidentinin qrafiki çox gərgindir.

 

Putin səfərinin ilk gününü əsasən “Bir kəmər, bir yol” Üçüncü Beynəlxalq Forumunda iştirak edən həmkarları ilə ikitərəfli görüşlərə keçirəcək.

 

Forumun əsas tədbirləri oktyabrın 18-də Tiananmen meydanındakı Böyük Xalq Zalında baş tutacaq.

 

Həmçinin çərşənbə günü Rusiya-Çin danışıqları baş tutacaq, bundan sonra Putin forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək./APA

Tarix: 17 Oktyabr 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin