BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə anasını qətlə yetirən şəxsin məhkəməsinin vaxtı bilindi

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 19-na təyin edilib. Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.


 
Qeyd: Hadisə ötən ilin aprelində aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


 
Kamal Məmmədov

Tarix: 17 Oktyabr 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin