BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusuna armatur parçası ilə xəsarət yetirən şəxs şəxsin məhkəməsi başladı

Ali Məhkəmədə Göygöl rayonunda qonşusuna armatur parçası ilə xəsarət yetirməkdə təqsirləndirilən Nazim Abbaslının barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2020-ci il avqustun 23-də Göygöl şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü N.Abbaslı ilə həmyerlisi və qonşusu, 1980-ci il təvəllüdlü Natiq Niftəliyev arasında mübahisə yaranıb. Bu zaman N.Abbaslı armatur parçası ilə N.Niftəliyevin qarın nahiyəsinə xəsarət yetirib. Yaralı öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Onun həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinən N.Abbaslı özü polis şöbəsinə gedərək təslim olub və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 17 Oktyabr 2023, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin