BURADA REKLAMINIZ OLA
BİLƏR

Cümşüd Nuriyev: “Qarabağ məsələsində sülhməramlılar bizə heç bir maneə törətmədilər, yaxşılıqları yaddan çıxarmamalıyıq”

“Bütün hallarda Bəyanat imzalanıb və Azərbaycan öz imzasına hörmət edən bir dövlətdir. Buna görə də inanmıram ki, rus sülhməramlıları Qarabağdan indi getsinlər. Vladimir Putin də dedi ki, 2025-ci ilə qədər sülhməramlılar Qarabağda qalacaqlar. Həm də hazırda Azərbaycanla Rusiya arasında kifayət qədər yaxşı münasibətlər var. Qarabağ məsələsində sülhməramlılar bizə heç bir maneə törətmədilər. Yaxşılıqları yaddan çıxarmamalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. 

 

O, Azərbaycanın rus sülhməramlıları ilə bağlı məsələdə dəyişiklik etmək istəyəcəyinə inanmır: “Münasibətlərimiz hələ ki yerindədir. Bizə bu dəqiqə yeni düşmən lazım deyil. Onsuz da kifayət qədər üstümüzə gələn var. Ermənilərin tapşırığı ilə “hürənlər”imiz çoxdur. Özümüzə niyə təzədən problem yaradaq? Bizə əsas bayrağı asmaq lazım idi, onu da asdıq. Xalqımızı təbrik edirəm. Digər məsələlər zamanla həll olunacaq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 Oktyabr 2023, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin