BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə polkovnik-leytenantı vuraraq öldürən sürücü ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində İsmayıllı şəhərində ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Arif Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. A.Mirzəyev məhkəmə zalındaca həbs edilib.

 

Qeyd: Hadisə ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində qeydə alınıb. Belə ki, A.Mirzəyev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 44 yaşlı hərbçi M.Əhmədovu vuraraq öldürüb.


 
Xatırlatma: 1979-cu il təvəllüdlü M.Əhmədov Daxili Qoşunların ehtiyatda olan xüsusi təyinatlı polkovnik-leytenantı olaraq xidmət müddətində Azərbaycan Prezidenti adından qüsursuz xidmətə görə bir çox medalla təltif olunub.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin